Söylə,təqsiri nədir,tapdalayırsan yazığı?
Böylə işlər çox olur,cümləsi şeytan işidir!
Etdiyin cürmünü şeytan adına çıxma onun,
Yox bu işdən xəbəri,söylə:müsəlman işidir.

İstədim ki, mövzunu elə böyük düha Sabirin şeiri ilə başlayım.Bilmirəm hər nə qədər mövzu ilə səsləşir ya səsləşmir amma, bizlərə məlum olan tək bir şey varsa günümüzdəki cahilliklərin müsəlman işi olmasıdır.Xatırlıyırsanızsa bir müddət əvvəl Azərbaycanın kəndlərindən birinə “Qaloş piri”nə insanlar şəfa tapmaq üçün buyururdular.Ən pis halət isə oraya hər gün çoxlu avam kütlələrin axınıdır.Hətta özünü elit təbəqədən sayanlar belə.
Sözüm bunda deyil.Bu qalmaqalılı və ağlamalı günümüzdə yeni bir “Pir” mətbuata məlum olub.Bu “pir” dəkilər “Qaloş piri”ndən daha betərdi.
İnsanlar şəfa tapmaq üçün alt paltarlarını ağaclardan asır,əşyalarını ağacın budaqlarına ilişdirirlər məsələn uşaq əmziyi.
Sözü gedən pir Xaçmazın Vələmir kəndi yaxınlığında yerləşir.Bu pirdə Şeyx Ömər Baba adlı və Şeyx nəslindən olan digər iki nəfərin məzarı yerləşir.
Çox rəvayətlər var bu pir haqqında.
Biridə bu pirin “Dəli piri” adlanması haqqındadır.
Belə rəvayət edirlər ki, uzun müddət psixi problem yaşayan bir gənc bir gün bu məzarların yanında gecələmiş və şəfa tapmışdır.Məhz bu səbəbdən Xaçmaz-Xudat bölgəsində yaşayan mollalar psixi pozğunluğu olan xəstələri şəfa tapması üçün bu pirə gətirirlər.
Müxtəsər, əsr olmuş 21-ci əsr bizim millət hələdə daşlara və qaloşlara tapır.
Sabir gözəl şairdir,gözəl şeirləridə var amma məni təəssüfləndirən bircə amil varsa buda hələdə onun şeirlərinin öz aktuallığını qorumasıdır.Görünən budur ki, dəyişən qabıqdır özək eynidir ki, eynidir.

© Huseynsoy